25 Nisan 2011 Pazartesi

Fur Elise

Mənim Əziz Elizam. Son bir ayda sənə bir dənə də olsun məktub yaza bilməmişəm. Qızğın müharibə isə davam edir. Biz artıq Stalinqrad ətrafında döyüşürük. Komandir əmindir ki biz qalib gələcəyik. Elə mən də. Müqəddəs alman xalqını dünyaya sahib olmğıma az qalıb. Böyük alman xalqı öz qüdrətini bütün dünyaya bəlli edəcək. Bizə nə romantik Fransızlar,nə kommunist Sovet ordusu,nə də ki çərənçi Amerikalılar mane ola bilməz.
Biz müharibədə qalib gəlib evə dönən kimi balaca qızımız Mary-ni də  götürüb səyahərə çıxarıq. Bu yaxınlarda onun 3 yaşı oldu. Mən heyfslənirəm ki, onun yanından ola bilmədim və ona hədiyyə ala bilmədim. Amma xahiş edirəm, ona de ki mən onu çox sevirəm. Və onun gələcəyi üçün burada vuruşuram. Sənin üçün də çox darıxmışam. Uzun, sarı saçlarının qoxusu hələ də burnumdadır.Eliza, səni sevirəm... 
      
 P.S  http://mansur-aze.blogspot.com/    Teshekkurler !