19 Nisan 2011 Salı

Nolub ala ?!

"Bagi aldin,evi aldin amma doydum demedin,qoymadin hech mene bir metre qala,nolub ala ?! "
27000 blog yazilib,movzu qalmayib,nolub ala ?! Eslinde lap 100000 blog yazisi bele olsa movzu boldur yazmaga,chetini biraz bediilik,birazda hevesi tapmaqdir :) Borcluda deyilem eslinde yazmaga,kechen defe derdimide achib dedim,day yekebash Nesurullahda gondermir pulumu.Gorduklerini biraz perdeliyib yazmaq rahatlayir insani,perdelemesen burnundan geler o muveqqeti rahatliq,mecburam perdelemeye,yoxsa meselen yazaram 9 illik qazanci 162 manat eden nazir oglunun bir geceye 1 milyon dollarliq ayi eti yemesinden,neyime lazim ?! Neyime lazimki o nazir 20 deqiqelik ifaychun Lady QaQa'ya 10 milyon avro sayib ?! Onun yerine kim gelse ele "edecekdi" onsuzda .. Men indi niye durub yazimki artiq sheherlerdeki 3-4 obyektle doymur memurlarin gozu,diri sheheri kechirirler ele ?! Yazaram birden sabitliyimize xerer deyer,ozdeki Qarabag problemi ola-ola .. Meselen men yaza bilerdim muxalif fikirli telebelerin universitetlerinden qovulmasindan,niye yazim axi ?! meniki qovmayiblar ( heleki ) . Danisha bilerdim mitingler de 165 neferin hebs olunub telekanallarda umumi mitingchi sayinin 150 nefer qeyd edilmesinden :) . Yazardimki nece olurki gomrukde 6 qepiye senedleshdirilen kartof 60-80 qepiye satilir ? amma yazmiram..vaxtim yoxdu.. Ne ise oxuyun,beyniniz achildi belke : 
                                            Qatmısan sən gənə də malı-mala – no...olub ala?
                                              Qazıyırsan ayağım altda çala – no...olub ala?


Dövri-zastoyda sən idin, demə, bar-bar bağıran,
Bir qoyundan azı beş-altı bala – no...olub ala?

Arvadın orda əsirlikdə qalıb ermənidə,
Gətirirsən evinə gündə «Xala» – no...olub ala?

Görmədim bir elə yas, süfrədə ehsan, mey ola,
Az qalıb toyda durub zurna çala – no...olub ala?

Neçə ildir ki, imarətlə ticarətdir işin,
Getmisən sən qabağa, mən də dala – no...olub ala?

Gah məni, gah özünü, gah onu tərifləmisən,
Vurmusan gahi mıxa, gahi nala – no...olub ala?

Bir kiçik daxma belə tikməyə yoxdur gümanım,
Çəkmisən hər yana importnu mala – no...olub ala?

Nə əcəb «Qız qalası»ndan xəbərin yoxdu sənin,
Al onu, sal adına, qoyma qala – no...olub ala?

Pünhanın kəs dilini, çək bazara, as divara,
Gedəcək yaxşı pula, baxsa mala – no...olub ala?

Nolsunki yoxsulluq bash alib gedir ? esas odu sabitliyimiz varda ala ..