28 Ağustos 2011 Pazar

Joshua Bell

Soyuq bir dekabr sabahı, bir nəfər Washington Kolombiya bölgəsində bir metro stansiyasında, skripkada 45 dəqiqə ərzində Bax`ın (alman bəstəkarı) 6 əsərini çalır. Bu vaxt ərzində çoxsu işə gecikmə təlaşında olan təxminən min nəfər skripkaçının qabağından keçib gedir.
Skripkaçı çalmağa başladıqdan ancaq 3 dəqiqə sonra; İlk dəfə orta yaşlı bir nəfər musiqiçinin fərinə varır, addımlarını yavaşıdır və bir neçə saniyə sonra getməyə məcbur olduğunu xatırlayaraq yenə sürətlə yoluna davar edir.
Skripkaçı 1 dollar qazancını bundan bir dəqiqə sonra alır...
Bir qadın addımlarına ara verməyərək pulu musiqiçinin qabağındakı qutuya ataraq yoluna davam edib, geçib gedir. Bir neçə dəqiqə sonra bir başqa adam ayaq saxlayıb biraz əyilərərək möcüzəli musiqini dinləməyə başlayır amma gözaltı saatına baxıb işə gecikməmək üçün tələsdiyini bildirən ifadələrlə yoluna davam edir...
Ən çox diqqətlə durub qulaq asan isə 3 yaşında bir uşaq olur...
Anasının onu dartışdırmasına baxmayaraq, uşaq qabağında dayandığı skripkaçıya diqqətlə baxır... Sonra anasının daha sürətli dartışdırması ilə uşaq arxaya dönüb musiqiçiyə çarəsizcəsinə baxaraq məcburən anasının arxasınca gedir..!
Buna bənzər şəkildə bir neçə uşaq da olur və hamısı valideynləri tərəfindən yeriməyə məcbur edildiyindən oradan uzaqlaşırlar...
İfa etdiyi 45 dəqiqə müddətində skripkaçının önündə sadəcə altı nəfər çox qısa müddət dayanır. Iyirmi nəfər dayanmadan keçərərk qabağına pul qoyur... Musiqiçi çaldığı vaxt ərzində 32 dollar toplayır..
İfasını bitirəndə isə sakitlik hakim olur və heç kim onun artıq çalmadığının fərqində olmur, alqışlamır...
Heç kim onun dünyanın ən yaxşı skripkaçısı; Joshua Bell olduğunu və əlindəki 3milyon dollarlıq skripka ilə ən çətin əsərləri ifa etdiyini anlamır.
Halbuki Joshua Bellin metrodakı bu mini konsertindən iki gün əvvəl Bostonda verdiyi konsert biletləri təxminən 100 dollara satılmışdı
Bu həqiqi bir hekayədir. Və Joshua Bellin belə bir qiyafədə metroda skripka çalması, Washington post qəzeti tərəfindən insanlarda dərk etmə, həzz alma və öncəliklər (birincilik) mövzuları üzərində aparılan bir təcrübə idi..təcrübənin məqsədləri: Adi bir yerdə, uyğun olmayan bir saatda gözəlliyi dərk edə bilirikmi? Dayanıb ondan həzz ala bilirikmi.? Gözlənilməyən bir mühitdə bir istedadı tanıya bilirikmi? Burdan çıxracağımız nəticə isə: Dünyanın ən yaxşı musiqiçisi, dünyadaki ən yaxşı musiqini ifa edərkən, önündə durub dinləyəcək bir dəqiqəmiz belə yoxdursa, kim bilir başqa nələri itiririk həyatda...

6 Ağustos 2011 Cumartesi

Dahi axtarışında və ya bəxtəbəxt bədbəxt

Dahimiz də yoxdur ki, düzgün qərar qəbul etsin. Bəli, kütlə dahi axtarışındadır. Dahi, cəsarətli, hamının inandığı lider. Bəh-bəh... Əla səslənir, pafosdan adamın ağzı köpüklənir. Amma təəssüf ki, ikinci cümlədəki kütləyə adətən işlətdiyimiz mənadan kənarda qalanlar da daxildir.
Yəni kütlədən fərqli olaraq dözmək fikri olmayanlar mübarizə aparırlar, kütlüklə razılaşmırlar. Məhz bu fərqlənənlər də həmin dahini gözləyirlər və ya axtarırlar. Bu adam elə xüsusiyyətlərə sahib olmalıdır ki, “100 min nəfər mitinqə çıxsa, mən də çıxaram” deyən adamlar da ona inansın və “... mitinqə çıxsa, mən də çıxaram” desin.
1805-ci ilin dekabrında Austerlitsdə Fransa qoşunları Avstriya və Rusiyanın birləşmiş qoşunları ilə üz-üzə gəldi. Döyüş ərazisi dar idi və 2 tərəfdən yüksək relyeflə əhatə olunmuşdu. Döyüşdən əvvəl Napoleona məsləhət görürdülər ki, ortada qalan dar düzənliyə onsuz da qoşunlar sığmayacaq, ona görə də fransızlar bu yüksəklikləri tutsunlar, əks təqdirdə məğlubiyət qaçılmaz olacaq. Lakin Napoleon deyir ki, mən düz döyüş meydanına hücum edəcəm və düz orda da düşmənlərimi məğlub edəcəm. Bu qərarı eşidən düşmən bunu taktika hesab edərək həmin yüksəkliklərə daha çox diqqət verir. Lakin Napoleon eynilə dediyi kimi hərəkət edir, düz irəliləyir və elə döyüş meydanındaca iki nəhəng dövlətin birləşmiş qoşunlarını ağır məğlubiyyətə uğradıb onları özündən asılı vəziyyətə salır.
Bunu ona görə yazdım ki, bizim cəmiyyətdə də gözlənilən dahinin hərəkətinin necə olduğunu göstərim. Bizdə dahini gözləyən kütlə (biz də daxil olmaqla) 2 yerə bölünür: bir hissə qorxusundan dahi və ya 100 minlik mitinq axtarır, onlar elə bilirlər ki, Napoleon kimi biri mitinqə çıxsa, onun xarizmasına sığınaraq qırğından, mənfi nəticələrdən qaçmaq olar.. Napoleonun qəribəliklərindən biri də o idi ki, o demək olar, hər döyüşdə ən qabaqda gedirdi, onun ətrafındakılar ot kimi biçilirdilər, amma o, ölmürdü. Bizim qorxaqlara da belə biri lazımdır. Kütləmizin ikinci hissəsinə isə mübarizə aparmaqdan yorulan, yorulmasa da, fikirləşərək bir çıxış yolu gormurler.Dahini ise zaman yetishdirse de,dahiler hemishe gozlenilmeden surpriz kimi ortaya chixiblar.Bunu gozleyib betebext bedbext olmaqdansa,bashqa yol tapmaq lazimdir.



Zaur Qurbanli.