6 Ağustos 2011 Cumartesi

Dahi axtarışında və ya bəxtəbəxt bədbəxt

Dahimiz də yoxdur ki, düzgün qərar qəbul etsin. Bəli, kütlə dahi axtarışındadır. Dahi, cəsarətli, hamının inandığı lider. Bəh-bəh... Əla səslənir, pafosdan adamın ağzı köpüklənir. Amma təəssüf ki, ikinci cümlədəki kütləyə adətən işlətdiyimiz mənadan kənarda qalanlar da daxildir.
Yəni kütlədən fərqli olaraq dözmək fikri olmayanlar mübarizə aparırlar, kütlüklə razılaşmırlar. Məhz bu fərqlənənlər də həmin dahini gözləyirlər və ya axtarırlar. Bu adam elə xüsusiyyətlərə sahib olmalıdır ki, “100 min nəfər mitinqə çıxsa, mən də çıxaram” deyən adamlar da ona inansın və “... mitinqə çıxsa, mən də çıxaram” desin.
1805-ci ilin dekabrında Austerlitsdə Fransa qoşunları Avstriya və Rusiyanın birləşmiş qoşunları ilə üz-üzə gəldi. Döyüş ərazisi dar idi və 2 tərəfdən yüksək relyeflə əhatə olunmuşdu. Döyüşdən əvvəl Napoleona məsləhət görürdülər ki, ortada qalan dar düzənliyə onsuz da qoşunlar sığmayacaq, ona görə də fransızlar bu yüksəklikləri tutsunlar, əks təqdirdə məğlubiyət qaçılmaz olacaq. Lakin Napoleon deyir ki, mən düz döyüş meydanına hücum edəcəm və düz orda da düşmənlərimi məğlub edəcəm. Bu qərarı eşidən düşmən bunu taktika hesab edərək həmin yüksəkliklərə daha çox diqqət verir. Lakin Napoleon eynilə dediyi kimi hərəkət edir, düz irəliləyir və elə döyüş meydanındaca iki nəhəng dövlətin birləşmiş qoşunlarını ağır məğlubiyyətə uğradıb onları özündən asılı vəziyyətə salır.
Bunu ona görə yazdım ki, bizim cəmiyyətdə də gözlənilən dahinin hərəkətinin necə olduğunu göstərim. Bizdə dahini gözləyən kütlə (biz də daxil olmaqla) 2 yerə bölünür: bir hissə qorxusundan dahi və ya 100 minlik mitinq axtarır, onlar elə bilirlər ki, Napoleon kimi biri mitinqə çıxsa, onun xarizmasına sığınaraq qırğından, mənfi nəticələrdən qaçmaq olar.. Napoleonun qəribəliklərindən biri də o idi ki, o demək olar, hər döyüşdə ən qabaqda gedirdi, onun ətrafındakılar ot kimi biçilirdilər, amma o, ölmürdü. Bizim qorxaqlara da belə biri lazımdır. Kütləmizin ikinci hissəsinə isə mübarizə aparmaqdan yorulan, yorulmasa da, fikirləşərək bir çıxış yolu gormurler.Dahini ise zaman yetishdirse de,dahiler hemishe gozlenilmeden surpriz kimi ortaya chixiblar.Bunu gozleyib betebext bedbext olmaqdansa,bashqa yol tapmaq lazimdir.



Zaur Qurbanli.