14 Aralık 2011 Çarşamba

Etiraflarım

Etiraf edirəm ki,Azərbaycan dilinin qrammatikasın çoxda əla bilmirəm
Etiraf edirəm ki,bildiklərimlə,bacardıqlarımla öyünməyi sevirəm
Etiraf edirəm ki,Azerbaycanı heç 1 qramda sevmirəm
Etiraf edirəm ki,əlimə düşən ilk fürsətdən istifadə edib Azərbaycanı tərk etməyi düşünürəm
Etiraf edirəm ki,yaxşı blogger deyiləm
Etiraf edirəm ki,ilk kitabımı sevgilimlə ayrılanda vaxt öldürməkçün oxumuşam
Etiraf edirəm ki,həkimlər(xanım) qarşısında intim mənada çox acizəm
Etiraf edirəm ki,skeptikəm,ümumiyyətlə psixoloji problemlərim mövcuddur.
Etiraf edirəm ki,yalan danışıram tez-tez və bəzən özümdə bu yalanlara inanmağa başlayıram
Etiraf edirəm ki,bir vaxtlar ilhampərəst olmuşam :(
Etiraf edirəm ki,ağlım kəsəndən atamla yola getmirəm və bu məndə günü-gündən ona olan sevgimin azalmasına səbəb olur.
Etiraf edirəm ki,bəzi məqamlarda mentalitətpərəst oluram :(
Etiraf edirəm ki,2-3 il əvvəl ifrat milliyətçiydim :P
Etiraf edirəm ki,kobudluq etməyi bacarmıram,etsəm belə sonra özüm çox pis oluram
Etiraf edirəm ki,zəyif insanam.

Gözündən düşmədim ki ?! :)))