17 Şubat 2012 Cuma

Pato


Ölüm əvvəl-axır olacaq.Fərqi yoxdur hər necə,bəs ona qədər olan dövr ? Həmişə bu basa-bas zirzəmidə oğurlanan gələcəyimləmi keçəcək ? Bəlkə deyim onlara ? Yox,bir xeyri olmayacaq onsuzda! Bəs sonum daha dəhşətli olsa ? Onda hər şey daha pis olacaq..
Yox! Alçaqmaq,müsadirə edilmək bir toyuğa yaraşmaz...
Deyirəm onlara,deməliyəm .
-Piti,biz getməliyik!
-Biz ? Hara ?
-Öz yumurtalarımızı özümüz çıxara biləcəyimiz bir yerə.Məgər biz toyuglar buna layiq deyilik ?
-Bilirsən ki,kəndimizə qar yağır,canavarlar lap kəndin içinə girib,əgər burdan çıxsaq bizim üçün daha pis olacaq.
-Zenitdən kömək ala bilərik,onunda getmək istədiyini  bilirəm.
-Mən getmirəm,Pato,bağışla məni.
                                                         ***
Yoldaşlar,Pato bizim stabil,bərabər həyat tərzimizi daha çox dənə dayışərək hini tərk edib.
-O mənə dediki artıq yumurtaları sahibin götürməsinə razı deyil,istəyirki öz yumurtaların özü çıxartsın.
-Nə ? o dəli olub ? məgər başa düşmür ki sahib olmasa biz heçkimik ? axı biz toyuqlar dən tapmaq,canavarlardan qorunmaq,yumurta çıxartmaq iqtidarında deyilik ? hahaha,o heç şübhəsiz ağlını itirb.
- O Zenitlə gedib.Zenit onu qorumağa söz verib.
        Hində uzun sürən müzakirədən sonra hin sakinləri belə nəticəyə gəldilər ki,çox keçməz Pato canavarlara yem olar.Müzakirənin sonu bütün hin sakinlərinə xoş oldu,öz rahatlıqlarına,təhlükəsizliklərinə sevinib dağılışdılar.
                                                      ***
Hə,biz bir getmişdik.Uşaqkığımdan ilk dəfə idiki toyuq yeyirdim.Fərmada olanda buna risk edə bilməzdim,sahib bilə bilərdi,amma kənddə heç  kim heçnə edə bilməzdi mənə.Toyuq əti dadlıymış...
-Zenit,sən əclafsan!
-Nədi,güya siz fərmada olduğunuz dövrdən bunu arzulamırdız ? Bizim ən böyük arzumuz axı onlar olub (gülür).Digər toyuqlarıda yeməliyik.
-Mümkünsüzdü Zenit,necə edə bilərik ki ? yox ! yox ! sahib bizi cəzalandıracaq.
Mənim planım var.Hələ toyuglar qayıtdığımı bilmirlər,mən elə planımı sizə danışmağa gəlmişdim.Gedib toyuqlara Patonun “azadlığından,xoşbəxtliyindən” danışın,qoy onlar elə bilsinlər ki Pato sonsuz xoşbəxtliyə qovuşub,onlar inanacaqlar sizə,gələcəklər sizinlə.Fermadan çıxdıqdan sonra isə artıq heç bir təhlükə qalmayacaq biz..
-Zenit,axı necə oldu Pato elə bir fikrə gəldiki o azad olmağı bacaracaq ? azaq olmağa layiqdir ?
Mən ona fermaya gəlməmişdən əvvəl ki həyatımdan danışdım,dedim ki toyuglar orda azad idilər,xoşbəxt idilər,yumurtaların özləri çıxarırdılar,hətta azad olanda yumurtalamaqçün xorozada ehtiyyac olmur (gülür)
                                                                             ***
Bütün toyuqlar azad olmalıdılar ! Onların yumurtaları,onlara məxsusdur.Toyuglar dən tapa biləcək,canavarlardan qorunmaq iqtidarındadırlar.Biz itlərdə hər zaman siz toyuqların yanında olacıyıq yoldaşlar..Sizin ədalətli yaşamınız azad olduqda daha da möhkəmlənəcək.Baxın,Pato kənd də çox xoşbəxtdır.Zenitin dediyinə görə artıq Pato sizədə bir müddət yetəcək qədər dən toplaya bilib.Yoldaşlar,bütün toyuqlar azad olmağa layiqdir.
-Bizdə azad olmaq istəyirik ! Yumurtalar bizimdir !
Hini çaxnaşma bürüyür.Toyuglar itlərə qoşulub azad olacaqları günü həsrətlə gözləyirlər,hətta azad olacaqları günə qədər yumurtamayan toyuglarda var.
                                                ***
Dostlarımız,qəhrəman itlər bizim azadlığımızı təmin etdi yoldaşlar heç şübhısiz biz idqi-ürəkdən onlara minnətdar olmalıyıq.Öndərimiz Pato toyuqların tarixində bir ilk edib bizim,gələcək nəslimizin əbədi azalığın təmin etdi.
Yaşasın itlər ! Yaşasın Pato ! Yaşasın Azadlıq !...
                                                           ***
-Zenit,artıq gətirdik toyugları,necə edək ?
Çoxdular,əgər birdən hücum etsək çox güman ki hamısı bizim olmayacaq.Qruplara bölməliyik.Gedin onlara deyin ki,ərazini gəzib dən axtarmaq lazımdı.3-4 toyugu aparın özünüzlə,yerdə qalanlara da başa salın ki toyuglar arasında bərabər dən bölümü ədalətli deyil.Axı necə ola bilər ki çox dən tapan toyugla,az dən tapan toyug eyni miqdarda qidalansın ?
  Dostlar,biz itlər düşünürük ki dostlarımız toyuglar atlardan qalmaq eyni miqdarda qidalanmaq üsulu ilə səhv edirlər.Axı necə ola bilər ki az dən tapanla çox tapan eyni qidalansın ?

Toyuglar bir-birinə dəyir,geniş müzakirədən sonra qərara alırlar ki,artıq hər toyug özü üçün dən təmin etsin,tapdığı qədər yesin.Beleliklə dən naminə hərəsi bir tərəfə dağılışan toyuglar,bir-bir,hiss edilmədən itlərin qurbanı olur..