19 Ağustos 2012 Pazar

"İntellektual" itil get

Çoxdandır yazmıram deyə mövzular üst-üstə yığılıb. Ona görə yazmırdım ki, istəmirdim arxamca hürsünlər. Hamının gördüklərini yazmaq niyə?! Amma artıq hər şeydən yazmaq labüdləşib. 

Bir qrup "intellektual" bir müddət öncə Dəyanətin timsalında cəbhəçiləri savadsızlıqda, qaragüruhluqda günahlandırırdı. Əlim üzümdə qaldı. Elə bil 1 il öncə cəbhəyə görə Rövşənə, Cavidə söyən bunlar deyildi. Nə oldu bir ilə? 

Hələ bir qrup da var. Hamı bilir ki, yaranması cəbhənin proyekti olub. İndi durub cəbhəni bəyənmirlər. Yəni bu qədər ikiüzlü niyə olsun ki, insan?

Başqa sürü də var - "qaçanlar". Mənə maraqlı deyil kimin qaçmağı. Lap haqq qazandırıram niyə qalsın bu xarabada?! Amma getsin səfirliklərdə "qurban olum, mənə yer ver, yoxsa burada penisimdən asacaqlar" demək. Sonra da qaçıb kimlərinsə dinini söymək, milləti alçaltmaq arvadlıqdır. Siyasi ikiüzlülük yox, sırf qorxaqlıq, bambılılıqdır. 

Bir tip də var. Özünə "solçu" deyib təşkilata qoşulanlar. Hansı ki, onlar da özlərinə intellektual deyir. Adama deyərlər qoşulmusan təşkilata, əcəb eləmisən. Amma sən solçu olaraq İlhamı qovub hakimiyyətə gətirməyə alternativin yoxdursa, nə oyun oynayırsan? İlhamı qovursan ki, hakimiyyətə millətci-mühafizəkar Əli, İsa gəlsin? Yoxsa neoliberal Emin Milli, Erkin, Bəxtiyar? 

A kişi, sən intellektual yox, debilsən, gijdıllaqsan. Başqa mövzu bir qrup da var ki, kitabın satmaq xatirinə təşkilata qoşulacaq qədər səviyyəsizdir. Amma utanmadan solçuya ilişir. Bunlara söz tapmıram. 

Və təzə söhbət. Kimi tənqid edirsən deyir - çarə de. Ala, niyə? Mən partiya sədriyəm, yoxsa yazar. Mən vətəndaşam, oxucuyam. Mən vətəndaş, oxucu kimi tənqid edirəm. Qəbul etmirsənsə, sox içinə.

Qaldı ki, təşkilatlarsa inttellektləri sıfırdan aşağıdır. Keçən dəfə öz ədəbiyyat səhifəmdə bir təşkilat üzvü qızcığazın şeirini paylaşmışdım. Onu oxuyanlar bildi söhbət nə yerdədir. Bir də ki, AFU-ya zada gedib, bir-iki söz öyrənmisiz. İndi Erkin Qədirliyə göt baş atmayın, kənardan pis görsənirsiniz.