19 Ağustos 2012 Pazar

"İntellektual" itil get

Çoxdandır yazmıram deyə mövzular üst-üstə yığılıb. Ona görə yazmırdım ki, istəmirdim arxamca hürsünlər. Hamının gördüklərini yazmaq niyə?! Amma artıq hər şeydən yazmaq labüdləşib. 

Bir qrup "intellektual" bir müddət öncə Dəyanətin timsalında cəbhəçiləri savadsızlıqda, qaragüruhluqda günahlandırırdı. Əlim üzümdə qaldı. Elə bil 1 il öncə cəbhəyə görə Rövşənə, Cavidə söyən bunlar deyildi. Nə oldu bir ilə? 

Hələ bir qrup da var. Hamı bilir ki, yaranması cəbhənin proyekti olub. İndi durub cəbhəni bəyənmirlər. Yəni bu qədər ikiüzlü niyə olsun ki, insan?

Başqa sürü də var - "qaçanlar". Mənə maraqlı deyil kimin qaçmağı. Lap haqq qazandırıram niyə qalsın bu xarabada?! Amma getsin səfirliklərdə "qurban olum, mənə yer ver, yoxsa burada penisimdən asacaqlar" demək. Sonra da qaçıb kimlərinsə dinini söymək, milləti alçaltmaq arvadlıqdır. Siyasi ikiüzlülük yox, sırf qorxaqlıq, bambılılıqdır. 

Bir tip də var. Özünə "solçu" deyib təşkilata qoşulanlar. Hansı ki, onlar da özlərinə intellektual deyir. Adama deyərlər qoşulmusan təşkilata, əcəb eləmisən. Amma sən solçu olaraq İlhamı qovub hakimiyyətə gətirməyə alternativin yoxdursa, nə oyun oynayırsan? İlhamı qovursan ki, hakimiyyətə millətci-mühafizəkar Əli, İsa gəlsin? Yoxsa neoliberal Emin Milli, Erkin, Bəxtiyar? 

A kişi, sən intellektual yox, debilsən, gijdıllaqsan. Başqa mövzu bir qrup da var ki, kitabın satmaq xatirinə təşkilata qoşulacaq qədər səviyyəsizdir. Amma utanmadan solçuya ilişir. Bunlara söz tapmıram. 

Və təzə söhbət. Kimi tənqid edirsən deyir - çarə de. Ala, niyə? Mən partiya sədriyəm, yoxsa yazar. Mən vətəndaşam, oxucuyam. Mən vətəndaş, oxucu kimi tənqid edirəm. Qəbul etmirsənsə, sox içinə.

Qaldı ki, təşkilatlarsa inttellektləri sıfırdan aşağıdır. Keçən dəfə öz ədəbiyyat səhifəmdə bir təşkilat üzvü qızcığazın şeirini paylaşmışdım. Onu oxuyanlar bildi söhbət nə yerdədir. Bir də ki, AFU-ya zada gedib, bir-iki söz öyrənmisiz. İndi Erkin Qədirliyə göt baş atmayın, kənardan pis görsənirsiniz.


29 Şubat 2012 Çarşamba

87 Yaşlı qoca


Yazmağa başlayanda 87 yaşı vardı.Bilmirdi nədən ,necə yazsın ? 87 ili necə köçürsün səhifələrə.Başlamaq hər zaman asan olub,elə o asanlıqla başlamışdı məktəbə.Ağlamırdı,qısınmırdı anasına,elə bil bilirdiki orda öyrəndiyi düz 87 yaşında lazımı olacaq..Bitirə bilməmişdi amma məktəbi.9-cu sinifdə oxuyanda atasın müharibəyə apardılar,anasıda xəstə zavallının bir idi.Başladı yükün altına girməyə,hər gün atasnın qayıdacağı,yenidən məktəbə dönə biləcəyi ümidi ilə elə hey işləyirdi..Qayıtmadı atası,ölmüşdü.Elə anasıda çox yaşamadı..Atası onun həyatını dəyişmişdi,tam başqa yerdə tapməşdı özünü.87 yaşında anlamışdı ki,əgər bir insanın həyatını dəyişdirəcək iqtidarda deyilsənsə,nə etsəndə boşdu.Təskinliyi oğluydu,oxutmuşdu onu,indi də yaxşı yerdə işləyib hər ay 10 min lari maaş alırdı.Elə ona da pulu oğlu verirdi.Bütün pula kağız alıb 2 cümlə yazıb atırdı,nəyinə lazım pul ? gündə bir dəfə yemək yeyirdiki,öləndə də nəfəs darlığına düşməsin.İçmirdi də heç,1 siqaret yandırıb 1 saat öskurub yazırdı elə hey,amma hər nə qədər yazsada sonda ona qalan 2 cümlə olurdu.. Bəzən eyni gündə 2 vərəqdə yazdığı üst-üstə düşmürdü,tam ayrı-ayrı mövzulardan yazırdı,gah ilk sevgisindən,gah da sona çatdıra bilmədiyi sevgisindən.hərdən öz arvadından da yazırdı.10 il əvvəl ölən arvadının üzün unutmuşdu çoxdan.Hər dəfə yadına düşəndə təəssüf keçiridi,axı niyə sona çatdıra bilmədi ? niyə ilk özü ölmədi.Bəlkə də qorxusundan az-az yazırdi ki,birdən yazısıda ondan tez bitər.Xoşlamırdı səhv yazdığı vərəqi cırmağı,heyidə yoxuydu heç,hər gecə həmin gün o tapdığı 2 cümləni  əzbərliyib yatırdı.Tələsirdi ölümə,ölmədikcədə,hər səhər gözünü açdıqcada əsəbləşirdi,87 yaşlı qoca kişinin əsəbləşə biləcəyi qədər...Əsəbləşdikcədə sevinirdi,düşünürdüki yaşlı kişidi əsəb onu öldürər.Özü kimi ölümə tələsən birini daha görməmişdi.Niyə ölmək istəyirdi,heç onuda bilmirdi.Bəlkə də son dərdi yazısından tez bitmək idi.3 il 3 ay 3 gün keçmişdi yazıya başlayandan,90 yaşını haqlamışdı artıq,yazıda bitirdi yavaş-yavaş,87 ilini 5-10 səhifəyə köçürə bilmişdi.Bütün yazdığında əzbər bilirdi,hər gecə əzbərlədiyi 2 cümlələrdən ibarət idi yazdığı.Sonu yox idi yazının,yaza bilmirdi,sonlandıra bilmirdi..Onda anladıki,yazılarda həyat kimidi,sonunu gətirmək,layiqli bitirmək o qədər çətindiki..
   Hər gecə yazdığı 5-10 səhifəlik yazını təkrar-təkrar oxuyub,sonra qucaqlayıb yatırdı.Artıq səhər tələsmirdi ölümə,qorxmurdu yazının ondan tez bitməsindən,hiss edirdi ölümü.Tələsirdi yenə,ölümə yox,yazını bitirməyə.Doğmaydı o 5-10 səhifəlik cızma-qara ona,oğlundan sonra yaratdığı 2ci şey idi o.Sonu gətirmək yenə problem idi,anladı ki son məhz onun ölümüdü.Artıq əmin idi yazının ondan tez bitməyəcəyinə.Heç yazıda tələsmirdi..uzanırdı uzandıqca.87 illik ömürün qaranlığında gizlənən nə qədər incəliklər varmış,ilahi..Nə qədər ağırmış,bu qocanın həyatı.Ölümünü də hiss etmişdi elə bil,ta məktəbdə ilk hərifi öyrəndikdə bir gün ona lazım olacağını bildiyi kimi.87 il ona lazım olmayan hərflər,bir gün ən böyük işinin memarı oldu.Yenə yarımçıq qalacaqdı işi,təhsili,xoşbəxtliyi kimi..Bitirdi yazını,qucaqladı və öldü.

17 Şubat 2012 Cuma

Pato


Ölüm əvvəl-axır olacaq.Fərqi yoxdur hər necə,bəs ona qədər olan dövr ? Həmişə bu basa-bas zirzəmidə oğurlanan gələcəyimləmi keçəcək ? Bəlkə deyim onlara ? Yox,bir xeyri olmayacaq onsuzda! Bəs sonum daha dəhşətli olsa ? Onda hər şey daha pis olacaq..
Yox! Alçaqmaq,müsadirə edilmək bir toyuğa yaraşmaz...
Deyirəm onlara,deməliyəm .
-Piti,biz getməliyik!
-Biz ? Hara ?
-Öz yumurtalarımızı özümüz çıxara biləcəyimiz bir yerə.Məgər biz toyuglar buna layiq deyilik ?
-Bilirsən ki,kəndimizə qar yağır,canavarlar lap kəndin içinə girib,əgər burdan çıxsaq bizim üçün daha pis olacaq.
-Zenitdən kömək ala bilərik,onunda getmək istədiyini  bilirəm.
-Mən getmirəm,Pato,bağışla məni.
                                                         ***
Yoldaşlar,Pato bizim stabil,bərabər həyat tərzimizi daha çox dənə dayışərək hini tərk edib.
-O mənə dediki artıq yumurtaları sahibin götürməsinə razı deyil,istəyirki öz yumurtaların özü çıxartsın.
-Nə ? o dəli olub ? məgər başa düşmür ki sahib olmasa biz heçkimik ? axı biz toyuqlar dən tapmaq,canavarlardan qorunmaq,yumurta çıxartmaq iqtidarında deyilik ? hahaha,o heç şübhəsiz ağlını itirb.
- O Zenitlə gedib.Zenit onu qorumağa söz verib.
        Hində uzun sürən müzakirədən sonra hin sakinləri belə nəticəyə gəldilər ki,çox keçməz Pato canavarlara yem olar.Müzakirənin sonu bütün hin sakinlərinə xoş oldu,öz rahatlıqlarına,təhlükəsizliklərinə sevinib dağılışdılar.
                                                      ***
Hə,biz bir getmişdik.Uşaqkığımdan ilk dəfə idiki toyuq yeyirdim.Fərmada olanda buna risk edə bilməzdim,sahib bilə bilərdi,amma kənddə heç  kim heçnə edə bilməzdi mənə.Toyuq əti dadlıymış...
-Zenit,sən əclafsan!
-Nədi,güya siz fərmada olduğunuz dövrdən bunu arzulamırdız ? Bizim ən böyük arzumuz axı onlar olub (gülür).Digər toyuqlarıda yeməliyik.
-Mümkünsüzdü Zenit,necə edə bilərik ki ? yox ! yox ! sahib bizi cəzalandıracaq.
Mənim planım var.Hələ toyuglar qayıtdığımı bilmirlər,mən elə planımı sizə danışmağa gəlmişdim.Gedib toyuqlara Patonun “azadlığından,xoşbəxtliyindən” danışın,qoy onlar elə bilsinlər ki Pato sonsuz xoşbəxtliyə qovuşub,onlar inanacaqlar sizə,gələcəklər sizinlə.Fermadan çıxdıqdan sonra isə artıq heç bir təhlükə qalmayacaq biz..
-Zenit,axı necə oldu Pato elə bir fikrə gəldiki o azad olmağı bacaracaq ? azaq olmağa layiqdir ?
Mən ona fermaya gəlməmişdən əvvəl ki həyatımdan danışdım,dedim ki toyuglar orda azad idilər,xoşbəxt idilər,yumurtaların özləri çıxarırdılar,hətta azad olanda yumurtalamaqçün xorozada ehtiyyac olmur (gülür)
                                                                             ***
Bütün toyuqlar azad olmalıdılar ! Onların yumurtaları,onlara məxsusdur.Toyuglar dən tapa biləcək,canavarlardan qorunmaq iqtidarındadırlar.Biz itlərdə hər zaman siz toyuqların yanında olacıyıq yoldaşlar..Sizin ədalətli yaşamınız azad olduqda daha da möhkəmlənəcək.Baxın,Pato kənd də çox xoşbəxtdır.Zenitin dediyinə görə artıq Pato sizədə bir müddət yetəcək qədər dən toplaya bilib.Yoldaşlar,bütün toyuqlar azad olmağa layiqdir.
-Bizdə azad olmaq istəyirik ! Yumurtalar bizimdir !
Hini çaxnaşma bürüyür.Toyuglar itlərə qoşulub azad olacaqları günü həsrətlə gözləyirlər,hətta azad olacaqları günə qədər yumurtamayan toyuglarda var.
                                                ***
Dostlarımız,qəhrəman itlər bizim azadlığımızı təmin etdi yoldaşlar heç şübhısiz biz idqi-ürəkdən onlara minnətdar olmalıyıq.Öndərimiz Pato toyuqların tarixində bir ilk edib bizim,gələcək nəslimizin əbədi azalığın təmin etdi.
Yaşasın itlər ! Yaşasın Pato ! Yaşasın Azadlıq !...
                                                           ***
-Zenit,artıq gətirdik toyugları,necə edək ?
Çoxdular,əgər birdən hücum etsək çox güman ki hamısı bizim olmayacaq.Qruplara bölməliyik.Gedin onlara deyin ki,ərazini gəzib dən axtarmaq lazımdı.3-4 toyugu aparın özünüzlə,yerdə qalanlara da başa salın ki toyuglar arasında bərabər dən bölümü ədalətli deyil.Axı necə ola bilər ki çox dən tapan toyugla,az dən tapan toyug eyni miqdarda qidalansın ?
  Dostlar,biz itlər düşünürük ki dostlarımız toyuglar atlardan qalmaq eyni miqdarda qidalanmaq üsulu ilə səhv edirlər.Axı necə ola bilər ki az dən tapanla çox tapan eyni qidalansın ?

Toyuglar bir-birinə dəyir,geniş müzakirədən sonra qərara alırlar ki,artıq hər toyug özü üçün dən təmin etsin,tapdığı qədər yesin.Beleliklə dən naminə hərəsi bir tərəfə dağılışan toyuglar,bir-bir,hiss edilmədən itlərin qurbanı olur..

26 Ocak 2012 Perşembe

AD ÇƏK!

Pərviz Əzimov : Çox sevinirəmki heç bir real tanışlığımız yoxdur.Ümumiyyətlə mən sevmədiyim adamlara facebook-da block edirəm,bu adamı isə etmək gəlmir içimdən,onun dahi süniliyin izləmək istəyirəm nədənsə.Hədsiz dərəcədə qıcığam bu insana qarşı.
Günay Güney,Leyla Saday : çox az tanıyıram.1-2 dəfə salam-sağol olub.Əlimdə olsa hər ikisin 100 dəfə block edərəm.
Kənan Qasımlı : bəzən adama elə gəlirki N!DA-nın pr işinə baxır bu adam.
Hüseyn Nurlan : İctimai sektorda ən birinci tanıdığım adamdır.Sevdiyim,özümü borclu bildiyim biridi.Son 18 ayda nələrsə öyrənmişəmsə ona borcluyam.
Zaur Qurbanlı : intellektinə,və eləcədə Nurlanla bərabər üzərimdəki əməyinə görə dilim gəlmir,dəlməyib ona nəyəsə görə pis bir söz deyim.Amma reallıq odurki Zaur adamla qarşı verdiyi qərarlara görə münasibət qurur.
Turxan Qarışqa : Onun məni necə gördüyün deyə bilmərəm,amma mən onu özümün daha çox inkişaf eləmiş versiyası kimi görürəm :) çox vaxt fikirlərimiz üst-üstə düşür.
Etibar Salmanlı : Vaxtilə qıcıq olduğum adamlar siyahısında liderlərdən olsada gün keçdikcə sevməyə başlayıram :)

Qeyd : Kənan Grandiose-dən təsirləndim.

Corc Oruell-Fil ovu

Mulmaynda, aşağı Burmada böyük sayda insan mənə nifrət edirdi. Həyatımda yalnız bir dəfə belə bir nifrətə məruz qalacaq qədər əhəmiyyətli olmuşdum. Şəhər bölməsində polis idim. Burada mənasız, bayağı anti-Avropa hissi çox acı idi. Heç kəsin açıq aşkar ayağa qalxmağa cəsarəti yox idi, lakin əgər bir avropalı qadın bazarda tək başına gəzsəydi kimsə onun üstünə tüpürə bilərdi. Bir polis işçisi kimi mən bəlli bir hədəf idim. Təhlükəsiz gördükləri hər an incidilirdim. Hətta bir dəfə çevik bir burmalı futbol meydançasında mənə badalaq atmış, digər- yenə burmalı olan hakim bilərəkdən başqa tərəfə baxmış, camaat da mənə iyrənc qəhqəhələrlə gülmüşdü. Belə hadisələr bir neçə dəfə baş vermişdi. Hər yerdə sarımtıl üzlərindəki istehzalarla qarşıma çıxan insanların təhlükəsiz məsafədə olarkən arxamca etdikləri təhqirlər məni əsəbləşdirirdi. Ən pisi isə gənc buddist rahiblər idi. Şəhərdə onlardan minlərlə idi və görünür heç birinin küçə tinlərində dayanıb avropalıları ələ salmaqdan başqa işləri yox idi.
Bütün bunlar təəccübləndirici və məyus edici idi. O zaman mən artıq imperializmin pis bir şey olduğunu düşünürdüm və işimi nə qədər tez atıb qaçsam o qədər yaxşı olacağı qərarına gəlmişdim.
Nəzəri olaraq – və təbii ki, bu bir sirr idi- mən burmalılara və onları zülmlə idarə edən ingilislərə qarşı idim. Sənətimlə bağlı olaraq mən buna ifadə edə biləcəyimdən daha çox nifrət edirdim. Belə bir işdə imperiyanın çirkin əməllərini daha yaxından görmək olur. Həbsxanaların pis qoxulu qəfəsləri içərisində qısılmış səfil məhbuslar, qorxudulmuş cinayətkarların uzun müddət içəridə olmaqdan bozarmış üzləri, bambukla döyülmüş insanların yaralardan bərkimiş ətləri – bütün bunlar mənə günahkarlıq hissi ilə dözülməz əzab verirdi. Ancaq mən istiqbal naminə heç nə edə bilmirdim. Gənc, eyni zamanda zəif təhsilli idim. Şərqdəki hər ingilisin üzərinə düşə biləcək problemlərimi tək başıma düşünməli olmuşdum. Hətta İngilis imperiyasının süqut etməkdə olduğunu və onu süqut etdirməyə çalışan imperiyaların ondan daha pis olduğundan xəbərsiz idim. Bütün bildiyim isə xidmət etdiyim imperiyaya nifrət ilə işimə mane olan pis ruhlu kiçik varlıqlara qarşı qəzəb arasında ilişib qalmağım idi.
Beynimin bir hissəsi ilə İngilis müstəmləkəsini yıxılmayan tiranlıq və əlacsız insanların iradələri üzərinə çökmüş despotizm hesab edir, digər tərəfdən isə dünyadakı ən böyük zövqün buddist bir keşişin bağırsaqlarını süngüyə keçirmək ola biləcəyini düşünürdüm. Bu kimi hisslər imperializmin əlavə məhsullarıdır; əgər inanmırsınızsa bunu hər hansı ingilis-hindli məmurundan onu iş xaricində tuta bildiyiniz vaxt soruşa bilərsiniz.
Bir gün məsələni açıqlığa qovuşduran bir şey baş verdi. Bu özlüyündə kiçik bir hadisə idi, amma məndə imperializmin gerçəklikləri – zülmkar hökumətlərin etdikləri barədə daha aydın təsəvvür yaratdı.
Bir səhər şəhərin digər ucundakı polis bölməsindən müfəttiş mənə zəng etib bir filin bazarı viran qoyduğunu dedi və bu barədə nəsə edə biləcəyimi soruşdu. Nə edə biləcəyim ağlıma gəlmirdi, ancaq nə baş verdiyini görmək istədiyimdən ata minib yola çıxdım. Götürdüyüm köhnə Vinçester-44 tüfəngim fil öldürmək üçün çox kiçik olsa da səsinin fili qorxutmaq üçün yararlı olacağını düşündüm. Bir neçə burmalı yolda məni dayandırdı və filin etdikləri barədə danışdı. Bu, əlbəttə, vəhşi deyil, əhlilləşdirilmiş hirsli bir fil olmalı idi. Bu cür digər fillər kimi o da zəncirlənmişdi, ancaq keçən gecə zənciri qırmış və qaçmışdı. Belə hallarda onu idarə edə biləcək yeganə insan olan baxıcısı fili təqib edirdisə də, səhv tərəfə getdiyindən hazırda on iki saatlıq məsafədə imiş və fil bu səhər qəflətən şəhərdə yenidən peyda olmuşdur. Burma xalqı silahsız və tamamilə köməksiz idi. Fil artıq kiminsə bambuk komasını dağıtmış, bir inəyi öldürmüş, bəzi meyvə piştaxtalarını ayaqlayaraq malları yemişdir; həmçinin o, bələdiyyəyə aid zibil maşını ilə qarşılaşmış, sürücü dabanbasma qaçmaq istəyərkən maşını çevirərək məhv etmişdir.
Burmalı müfəttiş və bəzi hindli polis məmurları məni filin göründüyü bölgədə gözləyirdilər. Bu, dik bir yamacı əhatə edən çox kasıb, baxımsız, üstü palma yarpaqlarıyla örtülmüş bambuk komalarından ibarət labirintə bənzəyən bir yer idi.
Yadımdadır, buludlu və sıxıcı bir səhər idi. Yağış təzəcə başlayırdı. Biz insanları filin hara gedə biləcəyinə dair sorğu-sual etməyə başladıq və həmişə olduğu kimi hər hansı dəqiq məlumat əldə edə bilmədik. Şərqdə bu, dəyişməz haldır: hekayə uzaqdan kifayət qədər aydın səslənir, ancaq hadisənin olduğu yerə yaxınlaşanda bir qədər qarışıq görünür. Insanların bəziləri filin bir istiqamətə, bəziləri isə digər istiqamətə getdiyini deyir. Bəziləri isə hər hansı fil barəsində heç nə eşitmədiklərini iddia edirlər. Mən bütün hekayənin başdan-ayağa yalan olduğunu düşünməyə başlayırdım ki, bir qədər aralıda qışqırıq səsləri eşitdim. Ucadan və dəhşət verici qışqırıqlar eşidildi: “ Uzaqlaş, ay uşaq, bu dəqiqə get!”. Yaşlı bir qadın əlində qalın çubuqla komanın küncündən bir dəstə çılpaq uşağı qovalayaraq yaxınlaşdı. Ağzı sözlə dolu görünən daha bir neçə qadın da gəldi. Göründüyü qədəri ilə orada uşaqların görməməli olduğu nəsə var idi. Komanın yanından döndüm və palçığa uzanmış insan cəsədi gördüm. O, yenicə ölmüş yarıçılpaq bir hindli idi...
İnsanlar filin qəflətən komanın tinindən onun üstünə gəldiyini, onu xortumu ilə tutduğunu, ayağını onun belinə basaraq yerə yapişdırdığını söylədilər. Yağışlı vaxtlar idi və yer yumşaqdı. Hindlinin üzü yerdə bir ayaq dərinliyində və bir neçə metr uzunluğunda iz açmışdı. O, üzü üstə əlləri çarpazlanaraq və başı sərt şəkildə yana burulmuş şəkildə uzanmışdı. Üzü palçıqla örtülmüş, gözləri bərəlmiş və dişləri dözülməz iztirab içərisində sıxılmışdı.(Yeri gəlmişkən heç vaxt ölü insanın sakit göründüyünü deməyin. Mənim gördüyüm əksər cəsədlərin şeytani görünüşü vardı.)
İri heyvan ayağı altında sürünməkdən onun belinin dərisi dovşan dərisi kimi soyulmuşdu. Ölünü görər-görməz mən buyruqçumu yaxınlıqdakı dostun evinə fil öldürmək üçün tüfəng gətirməyə göndərdim. Atımı isə hürküb məni üzərindən atmasın deyə geri yolladım. Bir neçə dəqiqə sonra tüfəng və beş ədəd güllə gətirildi və bu arada burmalılar gəlib filin bir neçə yüz metr irəlidə çəltik tarlasında olduğunu söylədilər. Artıq hərəkət etmək üzrə olarkən bölgənin bütün sakinləri atlarını götürüb ardımca gəldilər. Fili öldürmək üçün tüfənglə gəldiyimi görüb həyəcanla qışqırışdılar. Heç fil onlarin evlərini viran qoyanda onunla belə maraqlanmamışdılar. Ancaq indi başqa idi: fil vurulacaqdı. Bu onlar üçün ingilis xalqına xas kiçik bir əyləncə mövzusu idi. Üstəlik filin ətini də istəyirdilər. Bu məni bir qədər narahat etdi. Fili öldürmək niyyətim yox idi – tüfəngi, sadəcə ehtiyac olarsa özümü qorumaq üçün istəmişdim.
Səni izləyən bir kütlənin olması hər zaman qıcıqlandırıcı idi. Axmaq şəkildə çiynimdə tüfənglə get-gedə böyüyən və itələşən kütlə önündə təpədən aşağı gedirdim. Komalardan uzaqlaşdığımız zaman aşağıda daşla döşənmiş yol və ondan irəlidə, uzun çayırların göründüyü yüzlərlə yardlıq məsafədə hələ biçilməmiş, ilkin yağışlardan tamamilə islanmış çəltik tarlaları var idi. Fil yoldan səkkiz metr məsafədə sol tərəfi bizə dönmüş halda dayanmışdı. Yaxınlaşan kütləyə nəzər belə salmadı. O, otlari kökündən çıxarır,təmizləmək üçün dizlərinə çırpır və ağzına doldururdu.
Yolda dayandım. Qəti əminliklə fili görər-görməz öldürməməli olduğumu bilirdim. İşləyən fili öldürmək ciddi məsələ idi – bu, makinanın böyük və bahalı hissəsini məhv etməyə bənzəyirdi - və mümkün olduğu qədər insan bundan uzaq durmalı idi. Uzaqdan sakitcə ot yeyən fil bir inək qədər təhlükəsiz görünürdü. O zaman hirsli vaxtının artıq keçmək üzrə olduğunu və bu vəziyyətdə baxıcısı gəlib tutanadək zərərsiz şəkildə ortalıqda dolaşacağını düşünmüşdüm. Onu öldürməyi heç istəmirdim. Bir daha hücum etməyəcəyinə əmin olana qədər onu izləməyi, sonra evə qayıtmağı qərara aldım.
Ancaq həmin an məni izləyən kütləyə nəzər saldım. Bu, hər dəqiqə artan ən azı iki min nəfərlik insan toplusu idi. Camaat yolun digər tərəfini uzun məsafədə bağlamışdı. Cırıq paltarlar içərisindəki xoşbəxt, filin vurulacağı sevincindən bir qədər həyəcanlanmış sarı üzlü insan dənizinə nəzər saldım. Onlar mənə oyun göstərəcək olan sehrbaz kimi baxırdılar. Məni xoşlamırdılar, lakin əlimdəki tüfəngə görə bir an dəyərli olmuşdum. Birdən mən bütün bunlardan sonra fili öldürməli olacağımı düşündüm.
Insanlar məndən bunu gözləyirdilər və mən bunu etməli idim. İki min nəfərdən artıq insanın istəyinin məni qarşısı alınmaz şəkildə irəli apardığını hiss edə bilirdim. Həmin an - əlimdə tüfənglə dayanarkən, insan hakimiyyətinin nə qədər boş olduğunu düşündüm.
Budur mən-silahsiz yerli camaatın qarşısında tüfənglə dayanan ağ dərili adam- baş qəhrəman kimi görünürdüm. Ancaq həqiqətdə bu sarı üzlü kütlənin arzuları tərəfindən irəli-geri itələnən absurd bir kukla idim. O an başa düşdüm ki, ağ dərili birinin zalıma çevrilməsi onun azadlığının özü tərəfindən əlindən alınmasıdır. Belə halda o, boş, sadəcə göstəriş üçün yararlı olan müqəvvaya, sahibə(hindli koloniyalarında avropalılara verilən ad) çevrilir. Çünki işinin tələb etdiyi şey həyatını “yerli”lərə təsir etməyə çalışmaqla keçirmək idi, beləcə hər böhranda “yerli”lərin ondan gözlədiklərini etməli olurdu. O, maska taxır və üzü bu maskaya uyğunlaşırmış kimi böyüyür. Mən fili öldürməli idim; silah üçün adam göndərəndə özümü buna hazırlamışdım. Bir sahib kimi hərəkət etməli idim, o, qərarlı, nə düşündüyünü və nə etdiyini əminliklə bilən biri kimi görünməli idi. Bu qədər yolu əli silahlı, ardında iki min nəfərlik insan toplusu ilə gəlmək, sonra isə zəif şəkildə geri çəkilmək – yox, bu mümkün ola bilməzdi. Camaat mənə gülərdi. Bu, bütün həyatım boyu apardığım – şərqdəki hər bir ağ dərilinin gülüş hədəfi olmamaq üçün çalışdığı uzun bir mübarizə idi. Ancaq mən fili öldürmək istərmirdim. Onun otları dizinə çırparaq nənələr kimi məşğul bir ədayla yeməsini izlədim. Onu öldürmək mənə cinayət kimi gəlirdi. O yaşda mən heyvanların öldürülməsindən çəkinmirdim, ancaq heç vaxt bir fil öldürməmişdim. Ümumiyyətlə böyük heyvanı öldürmək hər zaman daha çətin görünür). Bundan əlavə heyvanın sahibini də düşünmək lazım idi. Diri halda filin ən az yüz funt dəyəri var idi; ölü şəkildə isə o, ancaq sümüklərinin dəyəri qədər- beş funt edirdi. Cəld hərəkət etməli idim. Biz gəlib çatarkın burada olan və bir qədər təcrübəli görünən burmalılara tərəf dönüb filin necə davrandığını soruşdum. Onlar hamısı eyni şey deyirdi: əgər onu tək buraxsan, sənə nəzər belə salmaz, ancaq çox yaxınlaşsan hücum edə bilər.
Nə etməli olduğum artıq məlum idi. Filə iyirmi beş yard yaxınlaşacaq və hərəkətlərini yoxlayacaqdım. Əgər hücum etsə, atəş aça bilərdim, heç bir qarşılıq görmədiyim halda isə baxıcısı gələnədək onu sərbəst buraxmaq təhlükəsiz olardı. Amma belə bir şey etməyəcəyimi bilirdim. Tüfəng atıcılığım zəif idi və yer hər addımda bata biləcəyim yumşaq palçıqla örtülü idi. Əgər fil hücum etsəydi və mən onu vurmağa macal tapmasaydım ancaq buxar maşını altında qalmış qurbağa qədər şansım olardı. Bununla bərabər mən təkcə öz canımı deyil, arxamdakı sarımtıl sifətli camaatı da düşünürdüm. Kütlə məni izləyən zaman mənim onlarla bağlı heç bir qorxum yox idi. Bir ağ dərili “yerli”lər qarşısında qorxmamalı idi; belə ki, o heç qorxmurdu da.
Beynimdəki tək fikir hər hansı bir səhv hərəkət olarsa bu iki min burmalının mənim qovulmağımı, tutulmağımı, ayaq altında tapdalanmağımı və təpənin üzərindəki hindli kimi gülümsəyən cəsəd halına gətirilməyimi görəcəyi idi. Əgər bu baş verərdisə onlardan bəziləri güləcəkdi. Bu, əsla olmazdı!..
Yalnız bir seçim var idi. Patronları sandığa doldurdum və daha yaxşı qorunmaq üçün yola əyildim. Kütlə susdu və teatrda nəhayət, pərdənin qalxmasını görən insanlar kimi xoşbəxt, dərin və asta bir köks ötürdülər. Hər şeyin sonunda onlar öz əyləncələrinə qovuşacaqdılar. Tüfəng nişangahlı gözəl bir alman əşyası idi. O zaman bir fili vurmaq üçün bir qulağından girib digərindən çıxan, xəyali bir çubuğu kəsmək kimi atəş açılması lazım olduğunu bilmirdim. Bu səbəbdən fil yan durduğuna görə tam qulaq dəliyinə nişan almalı olarkən, beynin orada olacağını düşünərək dəliyin bir neçə santimetr önünə nişan aldım. Tətiyi çəkərkən, partlamanı eşitmədim və tüfəngin təpməsini hiss etmədim – atəş hədəfə çatanda bunu heç kim hiss etmir – ancaq mən kütlədən gələn nəşə dolu şeytani uğultunu eşitdim. Güllə hədəfə çatarkən bir kimsənin düşünə biləcəyi ən qısa zamanda fildə sirli və dəhşətli dəyişiklik baş verdi. O, nə qımıldandı, nə yıxıldı, ancaq onun bədəninin bütün cizgiləri dəyişdi. Ani olaraq xəstələnmiş, büzüşmüş, qocalmış göründü – güllənin qorxunc təsiri onu yerə yıxmadan iflic etmişdi.
Nəhayət, uzun müddət görünənlərdən sonra – bunun sadəcə beş dəqiqə çəkdiyini demək olar – o, iradəsiz şəkildə dizləri üzərinə çökdü. Ağzı sulanmışdı. Üzərinə çox böyük zəiflik çökmüşdü. Yüzlərlə yaş qocaldığını düşünmək olardı. Eyni nöqtəyə təkrar atəş açdım. İkinci atəşdə o yıxılmadı, ancaq ümidsiz astalıqla ayaqları üstə qalxdı və bükülmüş ayaqları və əyilən başı ilə zəif formada doğruldu. Mən onu üçüncü dəfə vurdum. Bu, onun işini bitirən atəş oldu. Ağrının filin bütün vücudunu sarsdığını və ayaqlarındakı son taqəti də aldığını görmək olardı.
Ancaq yıxılarkən arxa ayaqlarının altında qatlanmasına görə bir qədər qalmış kimi göründü. Bir qaya kimi dikəldi, yuxarı baxdı, xortumu ağac şəklimdə göyə doğru uzandı. O, ilk və son dəfə nərildədi. Sonra qarnı mənə dönmüş şəkildə dayandığım yeri belə titrədən gurultuyla yerə çaxıldı.
Qalxdım. Burmalılar artıq qarşımda palçıq içərisində yarışa çıxmışdılar. Filin bir daha qalxmayacağı aydın idi, ancaq o, ölməmişdi. Ritmik şəkildə nəfəs alır, böyük təpəyə bənzər böyrü ağrıyla qalxıb enirdi. Ağzı geniş açılmışdı – solğun çəhrayı rəngli boğazdakı böyük mağara dərinliyini görmək olardı. Uzun müddət ölməsini gözlədim, ancaq filin nəfəsi zəifləmirdi. Nəhayət qalan iki gülləmlə onun ürəyinin ola biləcəyini düşündüyüm yerə atəş açdım. Ondan qırmızı məxmərə bənzər qan fışqırırdı, ancaq hələ də ölməmişdi. Onun bədəni hətta güllələr dəyəndə belə silkələnmədi, əzab verici nəfəs fasiləsiz davam edirdi. O, çox asta və böyük iztirabla, ancaq məndən çox uzaq bir dünyada ölürdü. Artıq bir mərmi belə onu daha çox incidə bilməzdi. Bu qorxunc və əsəbləşdirici vahiməyə son qoymalı olduğumu düşündüm.
Orada uzanan hərəkət etmək və eyni zamanda ölmək üçün gücsüz, özünü sona çatdırmağa belə qadir olmayan heyvanı görmək əsəb pozucu idi. Kiçik tüfəngimi gətirtdim. Güllə güllənin ardinca onun ürəyinə və boğazının aşağısına yağdırdım. Bunların da heç bir təsir yaratmadığı görünürdü. əzab verici nəfəs almalar saat tıqqıltısı kimi davam edirdi.
Artıq dayan bilmədim və oradan uzaqlaşdım. Sonradan eşitdim ki, filin ölməsi saat yarım çəkib. Burmalılar heybə və səbətlərini hələ mən getməmişdən gətirirdilər və mənə onların günortayadək filin bədənini sümüklərinə qədər soyduqlarını dedilər.
Daha sonra, filin vurulması barədə, əlbəttə ki, bitməz müzakirələr oldu. Sahibi hirsli idi, ancaq o, sadəcə bir hindli olduğu üçün heç nə edə bilməzdi. Bundan əlavə, mən qanuni olaraq doğru olanı etmişdim – qızmış fil sahibinin idarəsindən çıxmışsa qudurmuş it kimi öldürülməli idi. Avropalılar arasında fikirlər fərqli idi. Yaşlılar haqlı olduğumu, cavanlar isə bir hindli işçini öldürdüyü üçün filin vurmağın lənətlənəcək bir eyib olduğunu deyirdilər. Çünki bir fil, onlara görə hansısa lənətə gəlmiş Korringe hindlisindən daha dəyərli idi. Sonralar mən o hindlinin ölməsinə çox məmnun oldum; bu, məni qanunən haqlı edirdi, üstəlik mənə fili öldürmək üçün kifayət qədər bəhanə verirdi.
Amma tez-tez düşünürəm: görəsən kimsə mənim bu işi sadəcə olaraq axmaq görünməmək üçün etdiyimi anladımı?!

Tərcümə : Nərmin Kərimova

30 Aralık 2011 Cuma

Mən

Bir dəfə bilmirəm neçenci Lüdaviq haqqında oxumuşdum,yazılmışdı ki,ilk cinsi əlaqəsi 14 yaşında bir qadının onu otağına aparması vasitəsilə olmuşdu.Təsirlənmişdim bundan,onda mənimdə hardasa 13-14 yaşım olardı,çoxda həvəsli deyildim seksə , amma o təsir etmişdi mənə.O vaxtdan ancaq o formada seksi arzulayırdum,ilk cinsi əlaqəni özümdən 15-20 yaş böyük biriylə arzu edirdim,nəsə əlavə qayğı umurdum.Bilmirəm nə idi onun adı,amma mən onu istəyirdim.Olmadı.İlk əlaqəm vaxtı qarışıq hisslər içindəydim,həm aldığım həzz həmdə xəyal qırıqlığı vardı.Pis olmuşdum.Bir müddət hətta depressiyaya da düşdüm.İndi baxıram yaşıma bundan sonra məndən 15-20 yaş böyük qadının özü istəsə belə ,çox qocadı deyə  yatmaram onla :D  "İçimdə qaldı"...Ümumiyyətlə həyatda çox şey içimdə qalıb.Səbəb isə həmişə gic-gic arzularımın olmasıdı.Özümə materialist desəmdə qəti şəkildə idealistəm mən.Mən yazıqam.

14 Aralık 2011 Çarşamba

Etiraflarım

Etiraf edirəm ki,Azərbaycan dilinin qrammatikasın çoxda əla bilmirəm
Etiraf edirəm ki,bildiklərimlə,bacardıqlarımla öyünməyi sevirəm
Etiraf edirəm ki,Azerbaycanı heç 1 qramda sevmirəm
Etiraf edirəm ki,əlimə düşən ilk fürsətdən istifadə edib Azərbaycanı tərk etməyi düşünürəm
Etiraf edirəm ki,yaxşı blogger deyiləm
Etiraf edirəm ki,ilk kitabımı sevgilimlə ayrılanda vaxt öldürməkçün oxumuşam
Etiraf edirəm ki,həkimlər(xanım) qarşısında intim mənada çox acizəm
Etiraf edirəm ki,skeptikəm,ümumiyyətlə psixoloji problemlərim mövcuddur.
Etiraf edirəm ki,yalan danışıram tez-tez və bəzən özümdə bu yalanlara inanmağa başlayıram
Etiraf edirəm ki,bir vaxtlar ilhampərəst olmuşam :(
Etiraf edirəm ki,ağlım kəsəndən atamla yola getmirəm və bu məndə günü-gündən ona olan sevgimin azalmasına səbəb olur.
Etiraf edirəm ki,bəzi məqamlarda mentalitətpərəst oluram :(
Etiraf edirəm ki,2-3 il əvvəl ifrat milliyətçiydim :P
Etiraf edirəm ki,kobudluq etməyi bacarmıram,etsəm belə sonra özüm çox pis oluram
Etiraf edirəm ki,zəyif insanam.

Gözündən düşmədim ki ?! :)))