20 Temmuz 2011 Çarşamba

Məhəbbət qadını ağıllandırır, kişini isə dayazlaşdırır..

Gecələr zaman dayanır, təkcə saatlar işləyir...
- Niyə hər şey gecələr olur, Ravik...?
- Ona görə ki... Yaxın gəl, əzizim, ey mənim dəhşətli yuxuların cəngindən qopardığım, aylı çəmənlərin qoynunda tapdığım mələyim, yaxın gəl... Hə, ona görə ki, gecə də, yuxu da satqındır. Yadındadırmı, bu gecə bir yerdə yatdıq. Elə yaxın yatdıq ki, yal...nız insanlar belə yaxın yata bilərlər. Üz – gözümüz, bütün bədənimiz birləşdi, fikirlərimiz, nəfəslərimiz bir birinə qarışdı. Sonra yuxu asta – asta aramıza girdi. Əvvəlcə bomboz, gözə görünməyən bir ləkə kimi gəldi, sonra cüzam xəstəliyi təki beynimizə, qanımıza işlədi, damcı – damcı şüurumuza çiləndi, gözlərimiz yumdu və axırda bizi ayırdı. Hərəmiz qaranlıq bir kanala düşüb üzdük, tanımadığımız yerlərə gedib çıxdıq, başımıza nələr gələcəyini bilmədik... Mən ayılan kimi sənə baxdım, gördüm ki, yatırsan. Ancaq çox uzaqlarda idin, itirmişdim səni... Məndən xəbərin yox idi... Elə yerə getmişdin ki, əlim çatmırdı... – Ravik onun əlindən öpdü. – Bu necə məhəbbətdir ki, hər gecə yuxu səni mənim əlimdən alır...?!
- Mən ki sənə sığınıb yatmışdım. Yanındaca uzanmışdım... Qollarının arasındaca...
- Yox, sən yad bir ölkədə idin. Yanımda uzanmışdın, ancaq özün uzaqlarda idin. Bəlkə də gedib Siriusa çıxmışdın. Sən gündüzlər çıxıb gedəndə, belə olmur. Çünki hara getdiyini bilirəm. Bəs gecələr...?
- Yanında idim...
- Yox, yanımda deyildin. Yanımda uzanmışdın, ancaq özün yox idin. Adam şüurunun nəzarəti itən bir aləmdən necə qayıtdığını bilmir. Özünün xəbəri olmur, başqalaşıb qayıdır.
- Sən də eləsən.
- Hə, mən də eləyəm. Qədəhi bura ver, mən boş boş danışıram, sən isə içirsən.
Joan qədəhi ona uzatdı:
- Yaxşı ki, ayıldın, Ravik. Sağ olsun ay! O olmasaydı, indi yatırdıq, bir birimizdən
xəbərimiz yox idi. Ya da hansımızınsa qəlbinə ayrılıq toxumu düşərdi. Axı, özümüzdən xəbərimiz yox idi! O da yavaş – yavaş, gizli – gizli cücərər, boy atar, böyüyər və günlərin birində...
Ravik astadan güldü:
- Belə şeylər sənin beyninə batmaz... Düz demirəm, Joan....?
- Elədir, bəs sənin...?
- Mənim də. Ancaq görünür nəsə var, ona görə də fikir vermirik. İnsanın böyüklüyü də elə bundadır.
Joan yenə güldü:
- Mən belə şeylərdən qoxmuram. Ona görə ki, bədənimizə arxayınam. Onlar nə
istədiklərini hər cür zir – zibillə dolmuş başımızdan yaxşı bilir.
Ravik qədəhi başına çəkdi:
- Yaxşı, o da düzdür, - dedi.
- Bundan sonra yatmasaq nə olar?
Ravik şüşəni ayın gümüşü rəngli işığına tutdu. Kalvados yarıdan keçmişdi.
- Az qalıb, - dedi. – Hər halda, çalışarıq.
Şüşəni çarpayının yanındakı balaca stolun üstünə qoydu, sonra geri dönüb Joanın üzünə baxdı:
- Sən bütün kişilərin arzuladığı qadınsan, Joan! Hələ bir az da artıqsan, heç bir təsəvvürə
sığmazsan.
- Yaxşı, Ravik, onda gəl hər gecə oyanaq. Sən gecələr başqa adam olursan.
- Yaxşı oluram?
- Başqa cür olursan. Gecələr adamı lap mat qoyursan, elə bil sehirli aləmdən qayıdırsan...
- Gündüzlər belə olmuram...?
- Həmişə yox, hərdən olursan.
- Yaxşı etirafdır. Ancaq iki – uç həftə əvvəl bunu deyə bilməzdin.
- Yox, onda səni yaxşı tanımırdım.
- Bir – iki həftədən sonra məni daha yaxşı tanıyacaqsan, lap adiləşəcəyəm.
- Mənim kimi olacaqsan. – Joan güldü.
- Sənin kimi yox.
- Niyə...?
- Bunun cavabını əlli min il tarixi olan bioloji inkişaf verə bilər. Məhəbbət qadını ağıllandırır, kişini isə dayazlaşdırır..

8 Temmuz 2011 Cuma

Veten

Eslinde yazinin adi mezmuna choxda uygun deyil,nisbeten uygun olaraq bunu gorub sechtim.Bele bir kelam varki "veten ugrunda olen varsa vetendir",qebul elemirem ! menimchun veten yashamaqchun vasitedir,olmekchun amal olacaq qeder onemli deyil.Menim vetenim menim xoshbext olacagim yerdir,olende inanmiram xoshbext olum ona gore yashadigim yer hara olur-olsun onun ugrunda olmerem ! Men hech veten deyilen sheyide sevmirem,choxdandir sebebsiz sevmeyi tergitmishem.O vaxt severemki vetenimin her guncune baxanda bedbextlik yagmaz,ozumde xoshbext olaram.Mubarizemide vetenime gore aparmiram,ozume gore apariram,ozume gore deyerken mueyyen menafe uchun yox,yashadigim yerde bedbextleri gorub ozumde bedbext olmamaqchun.Yeni menim xoshbextliyim "qalin qabirga" deyil,incedi xoshbextlik maskam.Men diktaturaylada,dinlede,tukezban-manislarlada oz xoshbextliyim ugrunda mubarize apariram.Yalniz men ve menim sevdiklerim,bashqa hech kim.Bir kelam daha var "Veten serhedden bashlayir" deye..Dogrudur,veten serhedden bashlayir,o serhedlerki menide cherchivelemekle meshguldur ancaq,o serhedler ki tekce erazi bolgusun deyil hemde din,dil,irq bolgusunu yaradir.Sevmirem Azerbaycani.

5 Temmuz 2011 Salı

İşdən çıxma ərizəsinin ləzzəti

Bu gün bir fb dostum işdən çıxma ərizəsini yazmağın necə hiss olduğunu soruşdu. 2 il yarıma 4 iş yeri görən təcrübəli adam kimi bu barədə yaşadıqlarımı yazmağa qərar verdim.
İlk iş yerimdə rəisim əzazil idi və işçilərinə qarşı zəhlətökən, qəribə qərarlar verirdi. Məsələn, bir dəfə saat 20.00-da işçilərdən birini çağırır işə (iş vaxtı saat 18.00-da bitir), o da iş yerindən təxminən 20 km məsafədə yerləşən evindən (başqa rayonun qəsəbəsindən) çıxıb gəlir. 1 saata birtəhər çatır və görür ki, rəis yoxdu. Sabahsı gün rəis buna deyir, niyə çağıranda gəlmədin. Bu da deyir, gəldim, siz yox idiniz, yol avtobusu ilə gəlib 1 saata çatmışdım. Onda rəis dahiyanə müqayisə aparır – mən o yolu Mercedes-lə (yeni çıxan E-class modelini nəzərdə tutur) 20 dəqiqəyə gəlirəm, sən niyə avtobusla bu vaxta gələ bilməmisən?
Rəis belə rəis idi. Mən də qanunu daha çox sevirəm, nəinki rəisi. Saat 6-dan sonra işdə dayanmamağa çalışırdım, 6-cı günlər işə getmirdim, təbii ki, belə halda rəislə qırğında idim. Axırda bir iş tapıb ərizəmi yazdım. Rəis mənə münasibəti əvvəl 90 dərəcə dəyişdi. Hələ ərizəyə nazirlikdən cavab gəlməmişdi, amma mən işdə “ağ adam” sayılırdım. Cavab gəldi nazirlikdən və işdən gedəsi oldum. Rəis məni çağırdı. İlahi, adamın sifəti 180 dərəcə necə dəyişərmiş. Həmişə zəhrimar yağan üzdə gülümsəmə var idi. Heyrətlə baxırdım. Mənimlə bir “bratelnik” kimi danışdı. Dedi, hara gedirsən işə. Dedim, banka. Dedi, düz eləyirsən, get ora, saat 6-dan sora da işləməzsən. 6-cı gün işə gəlməzsən. ADAMLARLA (!) işləyərsən. Situasiya elə xoşuma gəldi ki, istədim bir də işə düzəlib bu ərizə yazmağın ləzzətini duyum.
İkinci iş yerimdə mənim maaşımı söz verdikləri vaxt qaldırmadılar və mən də daha yaxşı maaşlı iş tapıb çıxmağa qərar verdim. Çağırıb cari maaşımın 185%-i miqdarında maaş təklif etdilər. Dedim yox, mən indiki maaşımın 250%-i olan maaşlı işə gedirəm (əslində şişirtmişdim). Çıxdım işdən, 1 həftə sonra əmək kitabçasını almağa gələndə dedilər, sən qayıt, təzə işindəkindən artıq maaş da veririk, vəzifə artımına vəd də. Gec idi.
Üçüncü iş yerimdən çıxanda ərizə yazmağa məcbur edildim – siyasi səbəblərdən. Amma onda da ləzzəti oldu. Hamı mənə kamikadze kimi baxır, özlərini mənim yanımda kütlə kimi görürdülər.
Bir sözlə işdən çıxma ərizəsini yazmaq gözəldir, amma bu öz istəyinlə və daha yaxşı işə getməklə müşayiət olunarsa, daha gözəl olar.


Zaur Qurbanli.